ARDNŞ-dən yenilik
Ukraynadakı yanacaqdoldurma komplekslərində işlənmiş qazların təmizlənməsi üçün yeni texnologiyalar tətbiq edilməyə başlandı
Ukraynada “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma komplekslərində yeni xidmət növünün tətbiqinə başlanılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Qərbi Avropa ölkələrində geniş yayılmış bu xidmət növü dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması üçün avtomobilləri AdBlue məhlulu ilə təmin etməkdən ibarətdir.
Artıq Ukraynanın Odessa və Roven vilayətlərində “SOCAR” brendi ilə çalışan 3 kompleksdə bu məqsədlə müvafiq yanacaq-paylama kolonkaları quraşdırılıb. Gələcəkdə digər komplekslərin də analoji qurğularla təchiz olunması planlaşdırılır. Əvvəllər istehlakçılara 10-20 litrlik plastik konteynerlərdə satılan AdBlue reagentini artıq “SOCAR”-ın məntəqələrində əldə etmək mümkündür. Bu isə müştərilər üçün həm rahat, həm də iqtisadi cəhətdən əlverişlidir.

2202