Obamanın cangüdəninin ölüsü tapılıb
ABŞ-da prezident seçkisinin keçirilməsinə 4 gün qalıb. Belə bir ciddi siyasi kampaniya ərəfəsində ABŞ prezidenti Barak Obamanın təhlükəsizlik xidməti tərəfindən səlahiyyət verilmiş cangüdəninin ölüsü öz avtomobilində aşkarlanıb.
Lent.az-ın «BBC türkcə»-yə istinadən məlumatına görə, rəsmilər Rafael Prieto adlı cangüdənin intihar etdiyini bildiriblər.
O, bu sahədə 20 il fəaliyyət göstərib. Prieto əcnəbi bir vətəndaşla yaşayırmış. O, bu əlaqəsini təmsil etdiyi qurumun rəhbərlərinə bildirməyib.
«Assoşieyted press» isə bildirib ki, ailəli və uşaq atası olan Prieto meksikalı bir qadınla uzun müddət imiş əlaqə saxlayırmış.
Mənəbə qeyd edib ki, mülki geyimli «gizli xidmət» agentləri nazirləri, müavinləri, və onların ailələrini qoruyurlar.
Məlumata əsasən, Prietonun ölüsü aşkaralananda olduğu avtomobil işləyirmiş. Ona görə cangüdənin dəm qazından zəhərlənərək, intihar etdiyi ehtimal edilir.
Olayla bağlı araşdırma davam edir.

1735