İmişli rayonun inkişafı üçün 2 milyon manat ayrıldı
02 noyabr 2012 18:58 (UTC +04:00)

İmişli rayonun inkişafı üçün 2 milyon manat ayrıldı

Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İmişli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064

Oxşar yazılar