(R) DəmirBank-ın Visa kart sahiblərinə müxtəlif marketlərdə hədiyyələr təqdim olunacaq
02 noyabr 2012 13:32 (UTC +04:00)

(R) DəmirBank-ın Visa kart sahiblərinə müxtəlif marketlərdə hədiyyələr təqdim olunacaq

DəmirBank-ın nağdsız ödəniş edən Visa plastik kart sahiblərinə “Rahat”, “Neptun” və “Citimart” marketlər şəbəkələrində hədiyyələr təqdim olunacaq. Aksiya 30 iyun 2013-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə plastik kartla 1 – 20 manat nağdsız ödəniş edənlərə soyuducu üçün maqnit, 21 – 50 manat ödəniş edənlərə çanta, 51 – 100 manat ödəniş edənlərə çətir və ya termo fincan, 100 manatdan artıq ödəniş edənlərə isə portmane və ya USB fleş-kart təqdim olunacaq.

Aksiya aşağıdakı marketlərdə qeyd edilən tarixlərdə keçirilir:

• 1 noyabr 2012 – 31 yanvar 2013 – “Rahat” marketləri
• 1 fevral – 30 aprel 2013 – “Neptun” marketləri
• 1 may – 30 iyun 2013 – “Citimart” marketləri

Kassada plastik kartla nağdsız ödənişi bildirən çek, marketdə Visa stendində olan promotorlara təqdim edilərək hədiyyəni dərhal almaq mümkündür.

DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

Plastik kartı Bankın filiallarında və həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892

Oxşar yazılar