“Gilan”  beynəlxalq sərgidə uğurla təqdim olunub
02 noyabr 2012 03:14 (UTC +04:00)

“Gilan” beynəlxalq sərgidə uğurla təqdim olunub

Oktyabrın 31-dən noyabrın 2-dək Ukrayna paytaxtının Beynəlxalq Sərgi Mərkəzində XV beynəlxalq “WorldFood Ukraine-2012” (“Bütün ərzaq aləmi/Ukrayna”) sərgisi keçirilir.

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, bu dəfə Ukraynada ərzaq məhsullarının və içkilərin bu ən böyük sərgisində dünyanın 20-dən çox ölkəsindən gəlmiş 200 nəfərdən artıq adam iştirak edir. Sərgi yeyinti sənayesi mütəxəssisləri, iri və orta biznes nümayəndələri üçün nəzərdə tutulub.

“Gilan Qəbələ konserv zavodu” MMC-nin artıq uğur qazanmış və yeni məhsullarının nümayiş etdirildiyi Azərbaycan pavilyonu bu sahədə çalışan peşəkarlarda və sərgiyə gələn saysız-hesabsız tamaşaçılarda yenidən böyük maraq doğurur.

Rəngarəng tərtib edilmiş “Azərbaycan” guşəsində təbii və ekoloji cəhətdən təmiz, konservantsız “Jalə” və “Zolotoy sad” meyvə şirələri və nektarlar, “Bağdan” meyvə kompotları və mürəbbələri, digər məhsullar həm göz oxşayır, həm də dadlıdır (onların dadına baxmaq olar!).

Bu vitaminli məhsulu milli Azərbaycan geyimində olan qız və Ukrayna kazaklarının geyimində olan gənc oğlan reklam edirlər. Pavilyonda beşillik fəaliyyəti ərzində dünyanın 25-dən çox ölkəsində şöhrət qazanmış “Gilan” zavodu haqqında bir çox çap məhsulu, rəqəmli daşıyıcı nümayiş etdirilir.

“Gilan”ın meneceri Sədrəddin Bəşirov gələcək planlar haqqında deyib: “Biz Ukraynada fəaliyyətimizi ciddi surətdə genişləndirmək niyyətindəyik. Artıq bir neçə ildir ki, məhsulumuz Ukraynanın hər yerində müxtəlif super və hipermarket şəbəkələrində böyük rəğbət qazanıb. Sərgidə əsas məqsədimiz dost ölkədə distribüter və pərakəndə ticarət nümayəndələri dairəsini genişləndirmək, habelə məhsulumuzu Ukrayna restoranlarına göndərməkdir. Artıq işgüzar danışıqlar, satış və dequstasiyalar keçirilib.

S.Bəşirov deyib ki, sərgi çərçivəsində keçirilib “Ən yaxşı məhsul-2012” dequstasiya müsabiqəsində bizim nar şirəsi və nar-albalı nektarı qızıl medala və diploma, nar-albalı və nar-alma şirələri, habelə heyva nektarı gümüş mükafatlara və diplomlara layiq görülüb.

Azərbaycan istehsalçısının şöhrəti mövzusunu təbii məhsulları Azərbaycandan Ukraynaya idxal edən “Plat LTD” MMC-nin direktoru Mixail Mikulo davam etdirib: «Azərbaycan tərəfdaşları ilə 1998-ci ildən böyük iş təcrübəsinə malikəm. Artıq iki ildir ki, “Gilan”la yaxından işləyirəm. Bu zavod həqiqətən konservantsız və boyaqsız yüksək keyfiyyətli məhsul istehsal edib bizə göndərir. Buna görə də onun məhsulu supermarketlərimizin piştaxtalarında çox qalmır».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar