Müdafiə təyinatlı məmulatlar İndoneziyada nümayiş etdiriləcək
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 7-10 noyabr tarixlərində İndoneziyada keçiriləcək “Indo Defence-2012” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
Beynəlxalq sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 125 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur. Bu sırada müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası var. Nazirliyin müəssisələrində yeni yaradılan və istehsal olunan gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə və atıcı silahlar üçün şəffaf patron daraqları da ilk dəfə beynəlxalq sərgidə nümayiş etdiriləcək. “Indo Defence-2012” sərgisində ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələr olmaqla dünyanın 50-dən artıq ölkəsindən 500-dən artıq şirkətin iştirakı gözlənilir. Sərgi zamanı Yavər Camalovun İndoneziyanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39