Bu qaydaların müddəaları aşağıdakı mallara tətbiq edilmir:
- gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;
- sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;
- müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş xarici mallar Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisindən kənara aparıldıqda təkrar ixrac proseduru altında yerləşdirilir. Təkrar ixrac zamanı mallara görə ödənilmiş gömrük ödənişləri aşağıdakı şərtlər daxilində şəxsə qaytarılır:
- idxal anında malların qüsurlu olması və ya sövdələşmə şərtlərinə cavab verməməsi aşkar edildikdə;
- malların onları göndərən şəxsə və ya onun təyin etdiyi digər şəxsə geri qaytarılması nəzərdə tutulduqda;
- mallar gömrük ərazisində emal əməliyyatlarına məruz qalmadıqda və ya istifadə olunmadıqda və Gömrük Məcəlləsinin 128.3-cü maddəsi ilə müəyyən edilmiş 1 (bir) il müddətində təkrar ixrac edildikdə.
Malları istifadə etmədən onların qüsurlu olmasını və ya təkrar ixraca səbəb olmuş şərtlərini aşkar etmək mümkün deyildirsə, belə istifadə gömrük ödənişlərinin qaytarılmasına mane olmamalıdır. Təkrar ixraca alternativ olaraq, mallardan dövlətin xeyrinə imtina edilə və ya gömrük orqanının icazəsi ilə gömrük nəzarəti altında həmin mallar məhv edilə bilər. Belə imtina və ya məhvetmə dövlət büdcəsindən xərcə səbəb olmamalıdır. Səlahiyyətli şəxs və ya onun nümayəndəsi müraciət etdiyi andan gömrük orqanı bu qaydalarda nəzərdə tutulmuş halları 3 (üç) iş günü müddətində təsdiqləyib akt tərtib edərək, həmin şəxsə təqdim etməli və ya yazılı şəkildə əsaslandırılmış məktubla təkzib etməlidir. Bu qaydalarda nəzərdə tutulmuş şərtlərə cavab verən mallar, təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri istisna olmaqla, idxal olunduğu andakı vəziyyətində olmalıdır.
Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanları tərəfindən onların eyniləşdirilməsi mümkün olduqda icazə verilir. Təkrar ixrac olunan mallar aparılarkən onların gömrük rəsmiləşdirilməsi zamanı mallara dair səlahiyyətli şəxs və ya onun nümayəndəsi tərəfindən gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına bu Qaydaların əlavəsi ilə müəyyən olunmuş formada ərizə ilə müraciət edilir. Səlahiyyətli şəxs və ya onun nümayəndəsi malları, onlara dair idxal gömrük bəyannaməsini, kommersiya və nəqliyyat sənədlərini gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına təqdim edir. Rəsmiləşdirməni həyata keçirən gömrük orqanında təqdim olunmuş sənədlərdə göstərilən məlumatların düzgünlüyü yoxlanılır, malların eyniləşdirilməsi aparılır və onların ixrac rəsmiləşdirilməsi həyata keçirilərək, digər səlahiyyətli sərhəd gömrük orqanına təqdim edilməsi üçün səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə 24 saat müddətində təkrar ixrac bildirişi verilir. Malların gömrük ərazisindən aparılmasını rəsmiləşdirən gömrük orqanına 1 (bir) ay müddətində malların faktiki çıxarılmasına dair məlumat daxil olmadıqda, gömrük orqanı bu prosedura verilmiş təkrar ixrac bildirişinin ləğv edilməsi haqqında qərarı 3 (üç) iş günü müddətində qəbul edir və onun surətini 1 (bir) iş günü müddətində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə göndərir.
“Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əlavə
Ə R İ Z Ə F O R M A S I
1. Gömrük orqanının adı _______________________________________
2. Müraciət edən şəxsin rekvizitləri _______________________________
____________________________________________________________
_____________________________________________________________
3. Gömrük proseduru və əməliyyatlar ______________________________
_____________________________________________________________
4. Mallar haqqında məlumatlar
Malın gətirildiyi | Malın adı | Miqdarı | Çəkisi | Faktura dəyəri |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
5. Nəqliyyat qaiməsinin nömrəsi _________________________________
6. Gömrük prosedurlarının və gömrük orqanlarının tələblərinin yerinə yetirilməsi təmin ediləcəkdir
7. Müraciət edən şəxsin təsdiqi
Səlahiyyətli şəxs _________ M.Y.
İmza ________________ Tarix “____” __________ 20___ il
8. Gömrük orqanının qeydləri ____________________________________
_____________________________________________________________
Gömrük orqanının rəisi
və ya onu əvəz edən şəxs
M.Y.
İmza _______________ Tarix “____” __________ 20___ il