(R) DəmirBank təkrar müştərilərə güzəştli istehlak kreditləri təqdim edir
31 oktyabr 2012 13:32 (UTC +04:00)

(R) DəmirBank təkrar müştərilərə güzəştli istehlak kreditləri təqdim edir

DəmirBank təkrar kredit müştərilərinə güzəştli istehlak kreditləri təqdim edir. Təkrar müştəri qismində DəmirBank-da istehlak kreditləri (o cümlədən ipoteka, avtomobil və tərəfdaşlarla kreditləşmə) üzrə minimum 9 ay müsbət kredit tarixinə malik müştərilər nəzərdə tutulur. Müştərinin müsbət kredit tarixi müvafiq formula əsasında müəyyən edilir.

"Təkrar müştərilərə kredit" şərtləri müqavilə üzrə kredit öhdəliyini tam bağlamış (1 ildən çox fasilədən sonra müraciət edənlər istisna edilir), eləcə də hazırda krediti olan, lakin müqavilənin başa çatmasına maksimum 6 ay qalmış müştərilərə şamil edilir. Təkrar müştəri son ödəniş tarixindən etibarən maksimum 6 ay ərzində müraciət etdiyi halda iş yerini dəyişməyibsə iş yerindən arayış tələb olunmadan kredit verilə bilər.

“Müştəri loyallığı və cari müştərilərlə iş uğurlu fəaliyyətin mühüm amilidir. Biz təkrar müştərilərə xidmətə böyük önəm veririk. Təkrar müştərilərə güzəştlər, tətbiq edilən yeni məhsullar və kampaniyalar istehlak kreditləri sahəsində Bankın imkanlarını və fəaliyyətini daha da gücləndirir. Bu yeniliklər müştərilərimizin məmnunluğunun artırılmasına yönəlib”, – deyə İdarə Heyəti Sədrinin Müavini Yusif Cabbarov bildirib.

Təkrar müştərilərə kredit şərtlərinə əsasən müştəri daha çox məbləğdə kredit ala bilər, kreditin faiz dərəcəsində isə illik 2 – 3% endirim edilir. Təkrar müştəri 24 ayadək müsbət kredit tarixinə malikdirsə 2500 manatadək zaminsiz, 24 aydan çox müsbət kredit tarixinə malikdirsə 5000 manatadək zaminsiz kredit ala bilər.

Güzəştlər DəmirBank-ın istehlak kreditlərinə şamil edilir (avtomobil, ipoteka, təqaüd, tərəfdaşlarla kreditləşmə və kartla kredit xətti istisna). Bu proqram üzrə kreditin məbləği 300 – 5000 AZN, müddəti 3 – 24 ay təşkil edə bilər.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.
# 1029

Oxşar yazılar