Mağazada saxlama müddəti ötmüş 21 çeşiddə mal satıldığı aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinq aparıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, döngə 2, ev 21 ünvanında Üzeyir İsgəndərova məxsus mağazada 21 çeşiddə ümumi çəkisi 53 kq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.

1099