Bakıda hərəkət dayandı: “Bütün qüvvələr səfərbər edilib”
24 oktyabr 2012 10:56 (UTC +04:00)

Bakıda hərəkət dayandı: “Bütün qüvvələr səfərbər edilib”

Bu gün səhər saatlarından etibarən Bakının mərkəzində nəqliyyatın hərəkəti iflic olub. Lent.az-ın məlumatına görə, Bakının demək olar ki, bütün yollarında avtomobil sıxlığı yaranıb. Bəzi istiqamətlərdə isə sıxlıq keçilməz tıxaclara səbəb olub. Ən acınacaqlı vəziyyət isə metronun “28 May”, “Sahil”, “İçərişəhər”, “Xətai”, “Gənclik” stansiyaları ətrafındakı küçələrdə yaranıb. Zərifə Əliyeva, İstiqlaliyyət, Niyazi, Bəşir Səfəroğlu, 28 May, Səməd Vurğun, F.Xoyski küçələrində, Azadlıq, Bülbül, Neftçilər prospektlərində tıxaclar yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Lent.az-a bildirib ki, şəhərdə nəqliyyatın hərəkətinin çətinləşməsi Azadlıq meydanına bitişik küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması ilə bağlıdır: “Məlum olduğu kimi, Bakıda avto nümayiş olacaq. Artıq parada hazırlıq işlərinə başlanılıb. Bu səbəbdən də bəzi istiqamətlərdə sıxlıq yaranır. Hazırda Babək prospekti – Yusif Səfərov küçəsi, Azadlıq prospekti, Gənclik metrostansiyası, Ziya Bünyadov prospekti – H.Zərdabi küçəsi istiqamətində avtonəqliyyat vasitələrinin sıx cərgələndiyi, arabir tıxacların yaranması müşahidə edilir. Bütün qüvvələr səfərbər olunub ki, normal hərəkət təmin edilsin”.

V.Əsədov onu da bildirib ki, daxili işlər nazirinin əmri ilə yol polisi gücləndirilmiş iş rejiminə keçib: “Belə vəziyyətlərdə sürücülərdən də diqqətli olmaları, bir-birinə yol vermələri, hörmətlə yanaşmaları tələb olunur”.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8467

Oxşar yazılar