Türkiyə Azərbaycana və Rusiyaya təşəkkür edib
23 oktyabr 2012 00:52 (UTC +04:00)

Türkiyə Azərbaycana və Rusiyaya təşəkkür edib

Rəsmi Ankara Türkiyəyə ixrac etdikləri qazın həcmini artırdıqlarına görə Azərbaycan və Rusiyaya təşəkkür etmişdir.

Lent.az-ın məlumatına əsasən, bu sözləri Türkiyənin «NTV» telekanalına müsahibəsində ölkənin enerji naziri Taner Yıldız deyib.

Nazirin sözlərinə görə, İrandan Türkiyəyə ixrac olunan qaz kəmərində terror aktı nəticəsində baş vermiş partlayışdan sonra ölkənin bir sıra bölgələrinə qaz təchizatı dayandırılb. Bununla əlaqədar olaraq “Botaş” şirkəti Rusiya və Azərbaycana müraciət edərək Türkiyəyə ixrac etdikləri qazın həcminin maksimim dərəcədə artırılmasını xahiş etmişdir. Müraciətdən sonra Rusiya “Mavi axın”, Azərbaycan isə Bakı-Tiflis-Ərzurum qaz kəmərləri ilə verdikləri qazın həcmini artırıblar.

T.Yıldız deyib ki, müraciətlərinə dərhal cavab verilərək, ixrac olunan qazın həcmini 50 faiz artırdıqlarını Rusiya və Azərbaycana minnətdardırlar.
# 1500

Oxşar yazılar