Tərtərə 2 milyon manat ayrıldı
11 oktyabr 2012 19:06 (UTC +04:00)

Tərtərə 2 milyon manat ayrıldı

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, son illərdə Tərtər rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verib, ümumi məhsul buraxılışı 1,6 dəfə, sənaye məhsulunun həcmi 1,4 dəfə artıb, bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilib, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən yeni yollar çəkilmiş, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılıb, geniş abadlıq-quruculuq işləri həyata keçirilib.

Tərtər şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar