Ceyhandan ixrac olunan Azərbaycan neftinin illik həcmi 10 faiz  azalıb
10 oktyabr 2012 22:03 (UTC +04:00)

Ceyhandan ixrac olunan Azərbaycan neftinin illik həcmi 10 faiz azalıb

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu həcmin 1 758 450 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin avqust ayına nisbətən Ceyhan limanından dünya bazarlarına ixrac olunan neftin həcmi 15,2% artıb.

Cari ilin yanvar-sentyabr aylarında isə Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 22 281 038 ton olub ki, ötən ilin analoji dövrünə nisbətən bu neftin ixracı 10% azalıb.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft boru ixrac kəməri istismara verilən gündən 2012-ci il oktyabrın 1-dək Ceyhan limanından 196 299 066 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
# 729

Oxşar yazılar