Vergi pozuntuları ilə bağlı 322 cinayət işi başlanıb
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 322 sayda cinayət işi başlanıb.
Bunlardan 262 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb və bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 27 iş çoxdur. Hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda gəlir əldə etmə və vergidən yayınma, xeyli miqdarda vergidən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması, qanunsuz sahibkarlıq, qanunsuz sahibkarlıq, özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə 62 nəfər barəsində 58 iş baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilib və 204 işin icraatına xitam verilib. İcraatına xitam verilmiş cinayət işlərindən 150 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (23 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilib, 9 milyon 102,6 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 774 nəfər vergi ödəyicisi tapılaraq müvafiq vergi orqanlarına təqdim edilib. Hesabat dövründə 13 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28