(R) DəmirBank Contact pul köçürmələri üzrə bonus aksiyası keçirir
08 oktyabr 2012 17:15 (UTC +04:00)

(R) DəmirBank Contact pul köçürmələri üzrə bonus aksiyası keçirir

DəmirBank Contact təcili pul köçürmələri üzrə yeni bonus aksiyasına başlayıb. DəmirBank-ın filiallarından pul köçürməsi edən istənilən müştəri bonus qismində xüsusi kupon alacaq.


Beləliklə, 500 – 1000 USD / EUR və ya 15000 – 30000 RUR göndərən müştəri 1 manat, 1001 – 2000 USD / EUR və ya 30001 – 60000 RUR göndərən 2 manat, 2001 USD / EUR və ya 60001 RUR-dan artıq pul göndərənlər isə 5 manat alacaqlar. Kuponu dərhal filialın kassasında nağd pul ilə əvəz etmək mümkündür. Bu aksiya yalnız pul göndərənlərə şamil olunur. Bundan başqa, DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Pul köçürmə xidmətlərini DəmirBank-ın 31 filialında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Bıstraya Poçta, Contact, Coinstar, Blizko, PrivatMoney, UPT, Migom və Lider sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.

Bankın pul köçürmə xidmətləri və kampaniyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə müştərilər ətraflı məlumat əldə edə bilər.
# 836

Oxşar yazılar