Azərbaycan ECOBank-ın tamhüquqlu üzvü olacaq
28 sentyabr 2012 20:36 (UTC +04:00)

Azərbaycan ECOBank-ın tamhüquqlu üzvü olacaq

Bu gün İqtisadi İnkişaf Nazirliyində Azərbaycanın İqtisadi

Nazirlikdən “APA_Economics”ə verilən xəbərə görə, sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev imzalayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına (ECOBank) üzv olmaq niyyətini bildirib, bu ilin əvvəlində ECOBank-ın Rəhbərlər Şurasının toplantısında Azərbaycanın Banka üzvlük müraciəti qəbul edilib. ECOBank-la əməkdaşlıq özəl sektorun maliyyələşdirilməsinə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına yeni imkanlar yaradacaq.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla 10 üzvü var. Təşkilatın əsas məqsədi davamlı iqtisadi artıma nail olunmasına, üzv-dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsinə, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqinə, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına, nəqliyyat və kommunikasiya sisteminin inkişafına, iqtisadiyyatın liberallaşdırılmasına, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsinə dəstək göstərməkdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının ixtisaslaşmış qurumu olan Ticarət və İnkişaf Bankı (ECOBank) 2008-ci ildə fəaliyyətə başlayıb. Türkiyə, İran, Pakistan Bankın üzvləridir. Qərargahı İstanbulda yerləşən ECOBank-ın İran və Pakistanda da nümayəndəlikləri fəaliyyət göstərir. Bu yaxınlarda Əfqanıstan da ECOBank-a üzv olmaq üçün Bankın Nizamnaməsini imzalayıb. Nüfuzlu beynəlxalq maliyyə institutu olan ECOBank-ın nizamnamə kapitalı 1,5 mlrd. dollardan artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar