Azərbaycanda qanunsuz mehmanxanalar fəaliyyət göstərir
28 sentyabr 2012 14:33 (UTC +04:00)

Azərbaycanda qanunsuz mehmanxanalar fəaliyyət göstərir

Lent.az-ın məlumatına görə, bunu “2012-Ümumdünya turizm günü”nə həsr olunan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmayılov çıxış edib.

Onun sözlərinə görə, bu rəqəm ötən ilin 6 ayı ilə müqayisədə 7.1% və ya 72 min 264 nəfər çoxdur. 2011-ci ildə isə ölkəmizə gələn əcnəbilərin sayı 2 milyon 239 min 141 nəfər təşkil edib, bunun da 1 milyon 836 min nəfəri turistlərin payına düşür.

Aydın İsmayılov bildirib ki, Azərbaycanda hal-hazırda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə lisenziya alan 327, turizm fəaliyyətinə lisenziya əsasında 210 turizm şirkəti çalışır. Bir sıra turizm şirkətləri mövcud bazarda davam gətirə bilmədiyi üçün şirkətləri fəaliyyətini dayandırıb, lisenziyanın müddətinin bitməsinə baxmayaraq nazirliyə müraciət etməyiblər. Mövcud problemlərdən danışan şöbə müdiri deyib ki, ölkədə bir sıra mehmanxanalar qanunsuz olaraq fəaliyyət göstərir: “Ulduz dərəcəsinin müddəti bitmiş, lakin ondan istifadə edən 18 mehmanxana, ulduz dərəcəsi aşağı olduğu halda, yuxarı ulduz kateqoriyası təqdim edən 5 mehmanxana, ümumiyyətlə ulduz dərəcəsi olmayan, lakin ondan istifadə edən 6 mehmanxana müvafiq qanunvericiliyə zidd olaraq fəaliyyət göstərir. Sahibkarlar tərəfindən reklam və təşviqat işləri zəif aparılır. Bir çox mehmanxana və onlara bərabər tutulan yerləşdirmə obyektlərinin sahiblərinə dəfələrlə müraciət olunmasına baxmayaraq lisenziyasız fəaliyyət göstərirlər. Bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərinin əksəriyyətində çalışanların peşə hazırlığı demək olar ki, yox səviyyəsindədir. Bölgələrdə turistlərin istirahətlərini səmərəli keçirilməsi üçün çox az sayda obyektlərdə əlavə xidmətlər təklif olunur. Ümumilikdə, baxış keçirilən bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərindən şimal regionu üzrə 36%, cənub üzrə 30%, şimal-qərb üzrə 60%, qərb üzrə isə 40% müasir dövrün tələblərinə və müvafiq standartlara cavab verir. Nazirlik mütəmadi olaraq təşkil etdiyi treninq-kurslara iştirakçıların cəlb olunması zamanı böyük çətinliklərlə qarşılaşır”.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827

Oxşar yazılar