Telman İsmayılovun pulu restoranda dava saldı
27 sentyabr 2012 10:55 (UTC +04:00)

Telman İsmayılovun pulu restoranda dava saldı

Türkiyədə yaşayan Azərbaycan əsilli milyarder Telman İsmayılovun başı dərddədir. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, iki ay əvvəl Telman İsmayılov Antalyada sahibi olduğu “Mardan Place” otelində qalan qonaqlarını Aksudakı bir restorana aparıb.
Qonaqları ilə birlikdə restoranda yeyib-içən Telman İsmayılov restorandan çıxan zaman bir ofisianta 10 min dollar bəxşiş verib. Bu qədər bəxşişi görən ofisiant gözlərinə inanmayıb, pulun az bir qismini bəxşiş qutusuna atıb, çoxunu isə cibinə qoyub. Digər ofisiantlar bundan şübhələnib və Telman İsmayılovun ona nə qədər pul verdiyini soruşublar. Aldıqları cavabla qane olmayan ofisiantlar yoldaşlarının üzərini aramaq istəyiblər. Bu isə dava-dalaşa yol açıb. Dava-dalaş nəticəsində restorana da ziyan dəyib. Restoran sahibi də ofisiantları məhkəməyə verib və dəyən ziyanın ofisiantlar tərəfindən ödənilməsini tələb edib. Restoran sahibi Telman İsmayılovun da şahid qismində dindirilməsini istəyib və məhkəmə də bunu məqbul sayıb. Bu xəbərdən şoka düşən Telman İsmayılov yaxın günlərdə məhkəmə qarşısına çıxaraq ofisianta 10 min dollar verib-vermədiyinə aydınlıq gətirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8849

Oxşar yazılar