Böyük Britaniya universitetləri Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək
27 sentyabr 2012 10:38 (UTC +04:00)

Böyük Britaniya universitetləri Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

Böyük Britaniyanın Orta Şərq Assosiasiyasının təşkilatçılığı ilə Bakıda səfərdə olan bu ölkənin bir sıra universitetlərinin və təhsil mərkəzlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinə Orta Şərq Assosiasiyasının baş məsləhətçisi Fəridə Alp-Uolter, Eston Universitetinin Hazırlıq Mərkəzinin direktoru doktor Malkolm Bus, Brədford Universitetinin iqtisadi məsələlər üzrə rəhbəri doktor Karen Cəkson, Karfaks Təhsil Mərkəzinin əməkdaşları Metyu Qoldi Skot və Eleonora Suhoviy daxildirlər.

Onlar Bakı Ali Neft Məktəbində yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar. Nümayəndə heyətini qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakı Ali Neft Məktəbinin yaranması tarixi barədə məlumat verib. O, bildirib ki, yeni yaradılan ali təhsil ocağının Böyük Britaniyanın Heriot Uatt Universiteti ilə sıx tərəfdaşlıq münasibətləri qurulub. Elmar Qasımov bu əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında danışıb. Böyük Britaniyalı qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən razı qalaraq, onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar