(R) Moody’s agentliyi “Bank of Baku”-nun reytinq üzrə proqnozunu pozitiv səviyyəyə yüksəldib
26 sentyabr 2012 17:00 (UTC +04:00)

(R) Moody’s agentliyi “Bank of Baku”-nun reytinq üzrə proqnozunu pozitiv səviyyəyə yüksəldib

Moody’s beynəlxalq reytinq agentliyi “Bank of Baku”-nun B2 uzun müddətli reytinq üzrə proqnozunu stabildən pozitiv səviyyəyə dəyişib. “Bank of Baku”-nun perspektivlərini dəyərləndirən Moody’s təhlilçiləri bəyan ediblər ki, müsbət proqnoz bankın istehlak kreditləri bazarında mövqelərinin möhkəmlənməsi, bankın yüksək gəlirliliyi,aktivlərin yüksək keyfiyyəti və itkiləri qarşılamaq üçün yüksək kapitallaşma səviyyəsi kimi tendensiyalara əsaslanır. Reytinqin tam mətni ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.moodys.com/research/Moodys-changes-outlook-on-Bank-of-Bakus-B2-ratings-to--PR_255758 .

“Bank of Baku”-nun İdarə Heyətinin sədri Fərid Əlizadə yeni proqnozla əlaqədar bunları bildirib: “Biz əsasən maliyyə göstəricilərinə əsaslanan bu obyektiv qərarı alqışlayırıq. Bu isə öz növbəsində fəaliyyətimizin bütün sahələrinin keyfiyyətli inkişafının nəticəsidir. Fürsətdən istifadə edərək İdarə Heyətinin və səhmdarların “Bank of Baku”-nun bütün kollektivinə təşəkkürünü bildirmək istərdim”.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının qərarına əsasən 1 yanvar 2014-cü ildən bankların məcmu kapitalına dair minimal tələb 50 milyon manata kimi artırılıb. 1 sentyabr 2012-ci ilə olan məlumata görə, “Bank of Baku”-nun məcmu kapitalı 82 milyon manat təşkil etmişdir. Beləliklə, “Bank of Baku”-nun məcmu kapitalı Mərkəzi Bankın tələbini 32 milyon manat və yaxud 68 % üstələyir. Qeyd etmək lazımdır ki, kapitallaşmanın yüksək səviyyəsi bankın uzunmüddətli inkişafının sabitliyini təmin edir.

“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün 145 telefon nömrəsi ilə bankın Məlumat Mərkəzi ilə əlaqə saxlamağa, habelə bankın www.facebook.com/bankofbaku sosial şəbəkə və www.bankofbaku.com korporativ səhifəsinə baş çəkməyə dəvət edirik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949

Oxşar yazılar