Sahibkarlar cərimələndilər
25 sentyabr 2012 18:32 (UTC +04:00)

Sahibkarlar cərimələndilər

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 17 ünvanında Sadıq Sadıqova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halının müəyyənləşdirilməsi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Sadıq Sadıqova 1,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Burcugül Kandırmaza məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halının müəyyənləşdirilməsi səbəbindən Dövlət Xidməti tərəfindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Burcugül Kandırmaza 329 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
# 925

Oxşar yazılar