“Azəriqaz” çilingər axtarır
24 sentyabr 2012 17:48 (UTC +04:00)

“Azəriqaz” çilingər axtarır

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsabiqə yolu işçi qəbul edir. “Azəriqaz” İB-dən Lent.az-a verilən məlumata görə, çilingər Bakı şəhərinin rayonları, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə Qaz İstismarı Sahələri üzrə lazımdır. Namizədlərin yaşı 30-dan yuxarı olmamalı, insanlarla xoş ünsiyyət yarada bilən, iradəli, nizam-intizamlı və çevik olmalıdır.

Qeyd edək ki, arzu edən şəxslər həftənin I və IV günləri saat 13:00-dək Birliyin kadr seçimi üzrə komissiyasına (Bakı şəhəri, Yusif Səfərov 23 ) müraciət edə bilərlər.
# 1388

Oxşar yazılar