Nazirlər Kabineti 2013-cü il üçün dövlət büdcəsi layihəsini bəyəndi
24 sentyabr 2012 12:05 (UTC +04:00)

Nazirlər Kabineti 2013-cü il üçün dövlət büdcəsi layihəsini bəyəndi

Sentyabrın 21-də baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Azərbaycan Respublikasının 2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Artur Rasi-zadə deyib ki, dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun və dünya iqtisadiyyatında gedən proseslər nəzərə alınmaqla tərtib edilib.
O bildirib ki, layihə hazırlanarkən dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə qüdrətinin artırılmasına, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi önəm verilib. Büdcə layihəsi ətrafında müzakirələrdən sonra Artur Rasi-zadə iclasa yekun vurub.
Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi haqqında sənədlər toplusunun ölkə Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676

Oxşar yazılar