İqtisadi İnkişaf Nazirliyi müraciətlərin sayını açıqladı
21 sentyabr 2012 18:27 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi müraciətlərin sayını açıqladı

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 16 min 200-ə yaxın müraciət daxil olub. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130

Oxşar yazılar