Müdafiə Sənayesi Nazirliyində Koreya nümayəndə heyətilə görüş keçirilib
20 sentyabr 2012 16:01 (UTC +04:00)

Müdafiə Sənayesi Nazirliyində Koreya nümayəndə heyətilə görüş keçirilib

Bu gün Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Koreya Respublikasının Müdafiəyə Nail olunması Proqramı Administrasiyasının sədri Chung Jae Voonun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev nümayəndə heyətinə nazirliyin yaranması və fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə Koreya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Chung Jae Voon səmimi qəbula görə minnətdarlığını bildirib. Səfər çərçivəsində nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlarla tanış olması üçün Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınları zavoduna ziyarəti də nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün Bakı şəhərində təşkil olunan Koreya Respublikasının qabaqcıl şirkətləri tərəfindən istehsal olunan müdafiə təyinatlı məmulatların təqdimat mərasimində Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar