Ağsu çayında sel uçuran körpünün əvəzinə yenisi tikilib
20 sentyabr 2012 12:08 (UTC +04:00)

Ağsu çayında sel uçuran körpünün əvəzinə yenisi tikilib

Dilman-Xatman avtomobil yolunun 1-ci km-də Ağsu çayı üzərindəki körpünün açılışı keçirilib.

Lent.az-ın “azeryol.az” saytına istinadən verdiyi məlumata görə, uzunluğu 73 m, eni 8 m olan əvvəlki körpü 2011-ci ilin may ayında yağan güclü yağışlardan yaranan sel sularının təsirindən qəzalı vəziyyətə düşüb.

Problemin aradan qaldırılması üçün Nəqliyyat Nazirliyinin tapşırığına əsasən yeni körpünün tikintisinə 2012-ci ilin aprel ayında başlanıb. Müasir tələblərə cavab verən yeni körpünün uzunluğu 80,2m qabariti isə 8 metrdir. Hər tərəfdə eni 1,25 m olmaqla səkilər salınıb. Körpü Ağsu rayonunun Kalva, Suraxanı, Dilman, Hacman və Xatman kəndlərini respublika əhəmiyyətli yollarla, Ağsu şəhəri ilə nəqliyyat əlaqəsini təmin edir.
Körpünün istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr müavini Şaiq Bilalov, Ağsu rayon icra hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar