Neftçilərin orta aylıq pensiya məbləği açıqlandı
19 sentyabr 2012 14:34 (UTC +04:00)

Neftçilərin orta aylıq pensiya məbləği açıqlandı

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar. Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərdən artıqdır. Ötən illərdə olduğu kimi 2012-ci ildə də ARDNŞ ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçı olub. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Cari ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 88,3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1774

Oxşar yazılar