49 min 406 vergi ödəyicisi qeydə alınıb
13 sentyabr 2012 12:16 (UTC +04:00)

49 min 406 vergi ödəyicisi qeydə alınıb

2012-ci ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4,2 milyard manat vəsait daxil olub. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 179 milyon 983,3 min manat təşkil edib. Vergi daxilolmalarının 39,7 faizi mənfəət vergisinin, 22,8 faizi əlavə dəyər vergisinin, 12,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 2 milyard 191 milyon 753,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,9 faiz çoxdur.

Yanvar-avqust aylarında respublika üzrə 49 min 406 vergi ödəyicisi qeydə alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin sentyabr ayının 1-dək 40 min 483 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 sentyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 462 min 106 olub. 2012-ci ilin yanvar-avqust ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,5 faiz təşkil edib.
# 657

Oxşar yazılar

Azərbaycanda benzin ucuzlaşacaq? - QƏRAR

Azərbaycanda benzin ucuzlaşacaq? - QƏRAR

1 mart 2024 , 11:23
"Final" çay Xankəndi – Bakı ultra marafonunu dəstəkləyib

"Final" çay Xankəndi – Bakı ultra marafonunu dəstəkləyib

1 mart 2024 , 11:20
ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!

ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!

1 mart 2024 , 11:07
Sabah 3 rayonda  qaz olmayacaq

Sabah 3 rayonda qaz olmayacaq

29 fevral 2024 , 19:52
Kapital Bank-dan ilk kreditiniz sərfəli olsun

Kapital Bank-dan ilk kreditiniz sərfəli olsun

29 fevral 2024 , 13:16
Azərbaycanlı iş adamı 9 milyarda  sanatoriya tikir

Azərbaycanlı iş adamı 9 milyarda sanatoriya tikir

29 fevral 2024 , 09:27
"Baku Electronics"dən çoxdan gözlədiyin endirim həmləsi! - VİDEO

"Baku Electronics"dən çoxdan gözlədiyin endirim həmləsi! - VİDEO

28 fevral 2024 , 18:46
İki rayonun  qazı kəsiləcək

İki rayonun qazı kəsiləcək

28 fevral 2024 , 17:09