(R) TeliaSoneranın prezidenti Azərbaycana növbəti səfər edib - FOTO
30 avqust 2012 17:44 (UTC +04:00)

(R) TeliaSoneranın prezidenti Azərbaycana növbəti səfər edib - FOTO

TeliaSonera şirkətlər qrupunun rəhbəri Lars Niberq Azərbaycanda fəaliyyət göstərən Azercell mobil operatorunun nailiyyətləri və perspektivləri barədə söhbət açdı

Avqustun 30-da Azercell Telecom MMC-nin əsas səhmdarı olan TeliaSonera şirkətinin prezidenti və baş icraçı direktoru Lars Niberq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovla görüşlər keçirmişdir.



Bu qəbullardan sonra TelisSonera-nın prezidenti tərəfindən mətbuat nümayəndələri ilə də görüş keçirilib. Azercell Telekom şirkətinin əsas binasında baş tutan tədbir zamanı Lars Niberq dünyanın 19 ölkəsində fəaliyyət göstərən TeliaSonera şirkətlər qrupunun uğurlarından danışdı, Azərbaycanda da Azercell-in dünya standartlarına uyğun keyfiyyətlə fəaliyyət göstərdiyini vurğuladı. Prezident qeyd etdi ki, hazırda Azercell Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərindən biridir, həm də Azərbaycanın qeyri-neft sektorunda çox mühüm yer tutur.



Konfransda cənab Lars Niberq Azərbaycanla bağlı təəssüratları ilə bölüşərək, həmçinin jurnalistlərin çoxsaylı suallarını cavablandırdı. Azercell-də və digər TeliaSonera qrupu şirkətlərində baş verən rəhbərlik dəyişikliklərindən danışdı. Lars Niberq bildirdi ki, TeliaSonera Azərbaycanda yüksək səviyyəli xidmət göstərmək öhdəliyinə sadiqdir və Azercell ölkənin telekommunikasiya bazarında liderliyi qoruyub saxlamaq niyyətindədir.



TeliaSonera Baltik regionundan tutmuş Avrasiya məkanına kimi bir çox ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, İspaniya və Nepalda telekommunikasiya şəbəkəsini birləşdirən bir holdinqdir. Əsası 1850-ci ildə qoyulan bu şəbəkə hazırda bütün dünyada telekommunikasiya sahəsinin pioneri sayılır. Dünyada ilk dəfə olaraq 4G-nin kommersiya tətbiqini həyata keçiriən TeliaSonera bu texnologiyanın təqdimatını Everest dağının zirvəsində də təşkil etmişdir.



2011-ci ildə TeliaSonera-ya daxil olan şirkətlərin hamısı bir ümumi simvol və loqo ətrafında birləşdilər. Holdinq hazırda Avropada beşinci telekommunikasiya şirkəti sayılır. 175 milyon abunəçisi olan holdinqdə bütün dünya üzrə 29 minə yaxın insan çalışır.



Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325

Oxşar yazılar