(R) Bolkart sahibləri Mybrand’s şəbəkəsində alış-veriş edə biləcək
29 avqust 2012 12:25 (UTC +04:00)

(R) Bolkart sahibləri Mybrand’s şəbəkəsində alış-veriş edə biləcək

Artıq Bolkart sahibləri şəhərimizin dəbli geyim mağazaları şəbəkəsi olan Mybrand’s -də alış-veriş edə biləcək. İndi hər bir Bolkart sahibi Mybrand’s-ə aid üç mağazadan birinə baş çəkib öz Bolkartını təqdim etməklə Mybrand’s Hissə-hissə kartını əldə edə bilər. Hissə-hissə kredit kartını əldə etmək üçün aşağıdakı mağazalara yaxınlaşmaq lazımdır: “Metropark” ticarət mərkəzindəki “Adidas”, Park Bulvardakı “Avtoşok” və Fəvvarlər meydanında yerləşən “Sisley- Benetton”.



Hissə-hissə kredit kartı ilə Mybrand’s mağazalar şəbəkəsində (http://mybrands.az/az/shops/) alış-veriş edib, dəyərini aylar ərzində ödəmək mümkündür. Təqdim edilən Mybrand’s Hissə-hissə kartı onun sahibinə 6 aylıq kredit imkanı verir.



Bolkart - pulsuz, limiti bərpaolunan bir kredit kartıdır. Bu gün Bolkartla ölkəmizin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Bolkartdan “Bank of Baku” ilə tərəfdaş olan tanınmış geyim, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. Bolkartı həmçinin nağdlaşdırmaq da olar. Minlərlə vətəndaş bayram və xüsusi günlərdə nağd pula olan tələbatını məhz Bolkartla təmin edir. Bu gün 25 000-dən artıq vətəndaş Bolkart-dan faydalanır.



Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər-hansı filialına baş çəkməklə sifariş etmək olar.



Bolkartın faydaları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür. “Bank of Baku”-dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını,“Bank of Baku”-nun daimi müştəriləri “Dostlar klubu”nun hansı kartına sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə “Dost, boşluq, 6 rəqəmli müştəri kodu”nu yazıb 8145-ə SMS göndərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2374

Oxşar yazılar