(R) “Unibank” filiallarında cash-in cihazları quraşdırılır
28 avqust 2012 11:40 (UTC +04:00)

(R) “Unibank” filiallarında cash-in cihazları quraşdırılır

Cash-in aparatları Bankın həm paytaxt, həm bölgələrdəki filiallarında işə salınır. Yaxın gələcəkdə isə bu cihazlar Bakının biznes-mərkəzlərdə və “Unibank”ın tərəfdaşları olan ticarət şəbəkələrində quraşdırılacaq. Alınan yeni avadanlığın İT-testləşdirməsi başa çatdırılıb, cash-in cihazların interfeysi isə tam olaraq Bankın xidmətlərinə uyğunlaşdırılıb. Nəticədə müştərilər operativ sürətdə kreditlər üzrə ödənişlərini həm nağd vəsaitlərlə, həm plastik kartları vasitəsi ilə artıq apara bilərlər. Bundan başqa, yeni cash-in cihazların quraşdırılması ilə onlar müxtəlif növ depozit və kart hesabların artırılması imkanında olacaqlar. Bu zaman Bankın kassalarına müraciət etmək zərurəti daha yaranmayacaq, vəsaitlər isə hesablara gün ərzində istənilən məqamda real vaxt rejimində yatırılacaq. Maraqlıdır ki, cash-in cihazlarda digər əməliyyatlar və o cümlədən kommunal xidmətlər və mobil telefonlar üzrə ödənişlər də aparıla bilər.



«Nağd pulun qəbulu və hesabların artırılmasını mümkün edən yeni cihazlar, müştərilərin vaxtını kəskin sürətdə qənaət etməklə bərabər, apardıqları əməliyyatları avtomatlaşdırır», - «Unibank» ASC-nin Riteyl xidmətlərin inkişafı üzrə Baş meneceri Taleh Tahirli belə hesab edir. Onun sözlərinə görə, hər bir müştəri artıq istədiyi zaman, bank filiallarının əməliyyat rejimindən asılı olmayaraq, hesablarını artırmaq, plastik kartına pul yatırmaq, kreditləri üzrə ödəmələr aparmaq iqtidarındadır. «Fərdi bankçılıq sahəsində bir lider kimi, «Unibank» kütləvi sürətdə kreditlər ayırmaqla bərabər, onların ödənilməsi üçün müasir və effektiv həllər təklif edə bilər», - deyə, o fikrini tamamladı.



Qeyd etmək lazımdır ki, yeni cash-in cihazlara yalnız milli valyutada olan pul əsginasları daxil olunur. Buna baxmayaraq, xarici valyutalarda açılan hesablara da ödənişlər qəbul edilir – manat vəsaitləri bu zaman Bankın əməliyyat gününə açıqladığı məzənnəyə uyğun xarici valyutalara çevrilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1709

Oxşar yazılar