Yaponiya şirkətləri Azərbaycanın investisiya imkanları ilə maraqlanır
27 avqust 2012 18:07 (UTC +04:00)

Yaponiya şirkətləri Azərbaycanın investisiya imkanları ilə maraqlanır

Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Azərbaycanda səfərdə olan Yaponiyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.



İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yaponiyanın “KOSUGI” şirkətinin prezidenti Saki Kosuginin rəhbərlik etdiyi nümayəndə heyətinə qida və qida texnologiyaları, metallurgiya və bağçılıq sahələrində fəaliyyət göstərən və Tokio Ticarət və Sənaye Palatasına üzv olan şirkətlər daxil olub.



Görüşdə AZPROMO tərəfindən Yaponiyalı qonaqlara Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün “açıq qapı siyasəti” həyata keçirdiyi vurğulanıb. Qeyd edilib ki, bir sıra iri layihələrin fəal iştirakçısı olan Azərbaycan həm də investisiya ixracatçısıdır.



Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanlarına dair təqdimat da keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar