(R) DəmirBank-ın daha 5 müştərisi lotereyada növbəti ayın kredit ödənişini qazanıb
24 avqust 2012 10:33 (UTC +04:00)

(R) DəmirBank-ın daha 5 müştərisi lotereyada növbəti ayın kredit ödənişini qazanıb

DəmirBank-ın istehlak kreditləri üzrə keçirdiyi aylıq lotereyada daha 5 müştərisi qalib olub. Qaliblərə telefonla nəticələr barədə məlumat verilib.



Kampaniya ərzində hər ay 5 müştəri növbəti ayın kredit ödənişini (hər biri maksimum 500 AZN), lotereyanın sonunda isə 1 müştəri kredit üzrə tam qalıq borcunu (maksimum 5000 AZN) qazanacaq. Kampaniyanın növbəti tirajı 21 sentyabr 2012-ci il tarixində keçiriləcək.



Şərtlərə əsasən DəmirBank-dan aşağıda qeyd edilən istehlak kreditləri üzrə maksimum 5000 AZN (və ya 6300 USD) kredit götürən və son 2 ayda ödənişlərdə gecikməsi olmayan müştərilər uduş kampaniyasında iştirak hüququ qazanır.



Kampaniyada “Nağd pul krediti”, “Dövlət işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Təqaüdçü krediti”, “Səhiyyə işçilərinə kredit”, “Təhsil işçilərinə kredit”, “Təhsil krediti”, “Məişət texnikası / kompüter krediti”, “Mebel krediti”, “Qızılla kredit”, “Təmir krediti” və ya “Turizm krediti” götürən müştərilər iştirak edir.



Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar