Kürəkçay stansiyasında 1200 metr yolun əsaslı təmirinə başlanıb - FOTO
17 avqust 2012 10:26 (UTC +04:00)

Kürəkçay stansiyasında 1200 metr yolun əsaslı təmirinə başlanıb - FOTO

Avqustun 17-18-də Kürəkçay stansiyasında 1200 metr yol əsaslı təmir olunacaq və 4 ədəd yoldəyişən qurğu yenisi ilə əvəzlənəcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

"Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumatda bildirilir ki, səhər saatlarında başlanan söküntü işləri artıq başa çatmaq üzrədir. Təmir işləri iki gün davam edəcək.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 106 km yol əsaslı təmir olunub. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1433

Oxşar yazılar