Ümumi Daxili Məhsul istehsalı 30.8 milyard manata çatıb
14 avqust 2012 15:16 (UTC +04:00)

Ümumi Daxili Məhsul istehsalı 30.8 milyard manata çatıb

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.6 faiz, yaxud müqayisəli qiymətlərlə 476.5 milyon manat artaraq 30.8 milyard manata çatıb.

ÜDM-in 67.4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 52.3 faizi sənayedə, 9.6 faizi inşaat kompleksində, 5.5 faizi kənd təsərrüfatında yaradılıb.

Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26.5 faiz, o cümlədən nəqliyyatda 4.9 faiz, ticarət və pullu xidmətdə 8.4 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 11.5 faiz təşkil edib. ÜDM-in 6.1 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3364.7 manat təşkil edərək 0.2 faiz artıb. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10.5 faiz artıb, neft sektorunda isə 6.0 faiz azalıb.

Ümumi daxili məhsulun tərkibində ən böyük paya malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 20.3 milyard manatlıq sənaye məhsulu istehsal edilib və iyul ayında sənayedəki geriləmə bir qədər ixtisar edilərək ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219

Oxşar yazılar