(R) Azərbaycanda onlayn şoppinq təcrübəsində yeni mərhələ
Dünyanın internet nəhənglərindən olan Rocket İnternet şirkətinin dəstəyi ilə Azərbaycanda ən geniş geyim brendləri çeşidinə malik onlayn mağaza fəaliyyətə başlayıb. Mobiz.az internet biznes portalının yaydığı məlumata görə, bu hadisə ölkədə onlayn şoppinq təcrübəsinin inkişafında yeni mərhələ hesab oluna bilər. Dünyanın 40-yə yaxın ölkəsində onlayn alış-veriş təcrübəsi tətbiq edən Rocket Azərbaycana www.zidora.az strukturu ilə “avropalı” olduğunu dərhal nəzərə çarpdırır. Onlayn mağaza Avropanın və Türkiyənin 70-dən artıq brendini və 40.000-dan artıq çeşiddə geyim, ayaqqabı və aksessuar təqdim edir. Saytdakı çeşid müxtəlifliyi fərqli brend və model seçməyə ideal imkandır.
Seçdikləri əşyanın qapıyadək gətirilməsi və hesabı da qapıda ödəmək şansı Zidora-nı www.zidora.az evdən və ya işdən ayrılmaq istəməyənlər üçün əvəzsiz edir. Bütün geyim məhsulları Avropada, Türkiyədə və yaxud da digər ölkələrdə Avropa üçün istehsal olunduğundan onların keyfiyyətinə şübhə yoxdur. Həmçinin Avropa standartlarına uyğun ölçülərə malik olması yerli istifadəçilərin ölçü problemi ilə üzləşməyəcəyinə təminatdır.
Geyim və aksessuarların qiyməti mağazalardakı mövcud qiymətlərdən nəzərəçarpacaq dərəcədə aşağıdır. Bundan əlavə, saytda mütəmadi endirim və promouşn aksiyaları keçirilir.
Onlayn mağaza sifarişləri pulsuz çatdırır. Sifarişçi əldə etdiyi geyim, ayaqqabı və aksessuarı 30 gün ərzində dəyişə və ya geri qaytara bilər.
Mobiz.az qeyd edir ki, saytda bəzi bölmələrdə - məhsullar haqqında detallarda və s. natamamlıqlar nəzərə çarpır. Məlumat xidmətinin də inkişafa ehtiyacı var: saytdakı əşyalar haqda detallı məlumat almaq üçün göstərilmiş (012) 598 14 59 nömrəli telefona - məlumat mərkəzinə zəng vurduqda, operatorların bilgilərinin tam olmadığı duyulur. Amma beynəlxalq təcrübədən yararlanmaq şansının olması saytın təkmilləşdiriləcəyinə böyük imkanlar açır. Ümid edirik ki, www.zidora.az dünyanın başqa ölkələrindəki xidmət səviyyəsini tətbiq edəcək və onlayn şoppinqin müsbət bünövrəsini Azərbaycanda da qoyacaqdır.

1549