"Yuventus" yüksək maaşa görə bu futbolçunu klubdan qovur
05 oktyabr 2024 09:42 (UTC +04:00)

"Yuventus" yüksək maaşa görə bu futbolçunu klubdan qovur

"Yuventus" yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni ləğv etmək niyyətindədir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu qərara səbəb futbolçunun yüksək maaş almasıdır. 2026-cı ilin yayına qədər olan müqaviləyə əsasən, fransalı hər mövsüm üçün 8 milyon avro alır.

Oktyabrın 4-də bildirilib ki, İdman Arbitraj Məhkəməsi Poqbanın cəzasını 4 ildən 18 aya endirib.

Qeyd edək ki, bu il fevralın 29-da 31 yaşlı fransalı antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib. Onun orqanizmində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar