Yamal Ronaldonu keçdi:  18 yaşlı "Barselona" ulduzunun daha çox La Liqa titulu  var
12 may 2026 11:39 (UTC +04:00)

Yamal Ronaldonu keçdi: 18 yaşlı "Barselona" ulduzunun daha çox La Liqa titulu var

0

Lamin Yamal, ən çox titul qazanan Kriştiano Ronaldonu geridə qoyaraq, üçüncü dəfə İspaniya liqa titulunu qazanıb.

“Barselona”nın qanad oyunçusu Lamin Yamal çox gənc yaşlarında inanılmaz nailiyyətlər əldə etməyə davam edir.

Lent.az-ın məlumatına görə, kataloniyalıların La Liqanın 35-ci turunda "Real" üzərində 2:0 hesablı qələbəsindən sonra 18 yaşlı futbolçu üçqat İspaniya çempionu olub.

Bu, "Barselona"nın son dörd ildə qazandığı üçüncü çempionluqdur və "Yamal bütün bu mövsümlərdə əsas komandanın tərkibində olub.

Maraqlıdır ki, gənc ispan artıq La Liqa titullarına görə əfsanəvi Kriştiano Ronaldonu geridə qoyub. 2009-cu ildən 2018-ci ilə qədər "Real"da oynayan portuqaliyalı İspaniya çempionluğunu yalnız iki dəfə - 2011/12 və 2016/17 mövsümlərində qazanıb.

Yamalın 2025/26 mövsümündə fantastik statistikaları var. O, La Liqada 28 oyun keçirib, 16 qol vurub və 12 məhsuldar ötürmə edib. Bütün yarışlarda onun aktivində 45 oyun, 24 qol və 18 məhsuldar ötürmə var.

Lamin Yamalın "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir və onun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar