Türkiyə Kuboku yarmfinal oyunu çərçivəsində keçirilən “Fənərbaxça” – “Bursaspor” oyunundan sonra instident yaşanıb. Apasport.az saytının məlumatına görə, matç bitdikdən sonra məğlubiyyəti həzm edə bilməyən “fənərli” azarkeşlər əvvəlcə komandanın baş məşqçisini istefaya səsləyiblər.
Ancaq azarkeşlərin hərəkətləri bununla yekunlaşmayıb. Bir qrup azarkeş soyununb-geyinmə otağına gedən futbolçulara yad əşyalar atmağa başlayıblar. Onların arasında ən dəhşətlisi isə bıçaq olub.
Xoşbəxtlikdən futbolçulardan yaralanan olmayıb. İddiaya görə, azarkeşlərin bu hərəkəti üçün “Fənərbaxça” klubu ciddi cəzalandırılacaq.