Topaz Premyer Liqası: “Neftçi”nin ən yaxın izləyicisi dəyişdi – TURNİR CƏDVƏLİ
14 aprel 2013 01:02 (UTC +04:00)

Topaz Premyer Liqası: “Neftçi”nin ən yaxın izləyicisi dəyişdi – TURNİR CƏDVƏLİ

Futbol üzrə Topaz Premyer Liqasında XXVI turun ikinci oyun günü də arxada qalıb. Lent.az-ın məlumatına görə, ilk “6-lıq”dakı qarşılaşmalarda lider “Neftçi” Zaqatalada “Simurq”a qalib gəlib.

 

Yeganə topu mövsümün sonunda Rumıniya çempionatına qayıdacağı bildirilən Culius Vobay vurub. Günün mərkəzi qarşılaşmasında isə “Qarabağ” “İnter” üzərində əzmkar qələbə qazanıb. İlk yarıda cəmi 1 qol vurulduğu halda, ikinci hissə başlayan kimi Ağdam təmsilçisi fərqi artırıb. Sonradan “İnter” bərabərliyi təmin etsə də, “Qarabağ” qələbə topunu vurmağı bacarıb. İlk “6-lığ”ın autsayderi “Qəbələ” isə 5-ci pillədəki “Bakı” ilə matçda ötən tur  “Simurq”la görüşdə olduğu kimi, yenə qələbəni son anda əldən verib. 30-cu dəqiqədə Viktor Mendi hesabı açıb. O, “Bakı”nın müdafiəçiləri Aqil Nəbiyevlə Şəhriyar Əliyev arasındakı anlaşılmazlıqdan yararlanaraq, topu ələ keçirib və təkbətək qaldığı qapıçı Kamran Ağayevi məğlub edib. Hamı “Qəbələ”nin qələbə qazanacağını düşündüyü vaxt “Bakı”nın yeni transferi Rauf Əliyev səhnəyə çıxıb. O, uzatma dəqiqələrində penalti qazanıb. Bu zaman maraqlı an yaşanıb. 11 metrlik cərimə zərbəsini rumıniyalı qolçu Marius Pena vurmaq istəsə də, millimizin hücumçusu topu ona verməyib. Əliyev penaltini dəqiq yerinə yetirərək, bu mövsüm ilk qolunu vurub. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Günün son oyununda isə ikinci “6-lıq”da yer alan “Turan”la “Xəzər Lənkəran” qalibi müəyyənləşdirə bilməyiblər.

 

12 aprel (cümə)

 

“Rəvan” (Bakı) - “Kəpəz” (Gəncə) – 3:0
Qollar: Xuan Manuel Varea 44; 55. Tofiq Mikayılov, 58

 

13 aprel (şənbə)

 

“Qəbələ” – “Bakı” – 1:1
Qollar: Viktor Mendi, 30 – Rauf Əliyev, 90+3

 

“Qarabağ” (Ağdam) – “İnter” (Bakı) – 3:2
Qollar: Qollar: Maksim Medvedev, 26. Vüqar Nadirov, 46. Emeka Opara, 79 - Yuri Fomenko, 54. Fuad Bayramov, 57 

 

“Turan” (Tovuz) – “Xəzər Lənkəran” – 2:2
Qollar: Antonio Rukavina, 22. Ender Günlü, 69 - Elnur Abdullayev, 42. Robert Alviz, 67 –penalti ilə 

 

“Simurq” (Zaqatala) – “Neftçi” (Bakı) – 0:1
Qol: Culius Vobay, 49

 

14 aprel (bazar)

17:00. “Sumqayıt” – AZAL (Bakı)
Bakı, “Bayıl Arena”.

 

Turnir cədvəli:

İlk “6-lıq”

N

Komandalar

O

Q

H

M

T

X

1

Neftçi

26

16

3

7

51-27

51

2.

Qarabağ

26

13

9

4

36-23

48

3.

İnter

26

13

8

5

30-18

47

4.

Simurq

26

10

10

6

27-18

40

5.

Bakı

26

7

14

5

24-19

35

6.

Qəbələ

25

9

7

10

29-32

34

İkinci “6-lıq”

7.

AZAL

25

9

9

7

38-27

36

8.

Rəvan

26

10

4

12

36-38

34

9.

Xəzər Lənkəran

26

8

9

9

37-32

33

10.

Sumqayıt

25

7

7

11

25-42

28

11.

Turan

26

6

6

14

28-49

24

12.

Kəpəz

26

2

4

20

14-54

10

 

Bombardir: Nikolas Kanales (“ Neftçi ”) - 21 qol.

 

# 1541
avatar

Oxşar yazılar