Şimali Koreya diktatorunun Dibala planı
09 dekabr 2017 21:44 (UTC +04:00)

Şimali Koreya diktatorunun Dibala planı

 

İtaliyalı senator Antonio Ratsi maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Şimali Koreya dövlətinin lideri Kim Çen İnlə dostluq edən siyasətçi onun futbola olan maraqlarından danışıb.

 

Ratsi bildirib ki, koreyalı diktator uzun müddətdir ki, “İnter” azarkeşidir. O, İsveçrədə təhsil aldığı müddətdə tez-tez Milana, sevimli komandasını izləməyə gedirmiş.

 

Maraqlıdır ki, Kim Çen İnin hazırda ən sevimli futbolçusu “İnter”in əzəli rəqibinin heyətində çıxış edən “Yuventus”un argentinalı hücumçusu Paulo Dibaladır.

 

Ratsi bildirib ki, Şimali Koreya lideri Dibalanın ölkəsinə səfərini təşkil etməyi planlaşdırır: “Orda futbolu çox sevirlər. Əgər Dibala bu ölkəyə səfər etməyə razılıq versə, əmin olun ki, stadionda 200 min adam onu izləməyə gələr. Hətta şəhərin bəzi yerlərinə monitorlar da quraşdırmaq lazım olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490
avatar

Oxşar yazılar