Ronaldo: Arvadımdan çox onunla vaxt keçirmişəm
20 may 2015 05:22 (UTC +04:00)

Ronaldo: Arvadımdan çox onunla vaxt keçirmişəm

“Karlosla çox yaxın dostuq. Bunu hamı bilir ki, o mənim üçün tanıdığım ən dəyərli insanlardan biridi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Braziliya yığmasının sabiq futbolçusu Ronaldo deyib.

 

“Fenomen” ləqəbli əfsanəvi hücumçu açıqlamasında həmyerlisi Roberto Karlos haqda danışıb. Keçmiş müdafiəçi ilə arasındakı dostluqdan söhbət açan Ronaldo maraqlı fikir səsləndirib: “Karlosla həm Braziliya yığmasında, həm “Real”ın, həm də “Korintians”ın heyətində birgə çıxış etmişik. Həyat yoldaşlarımdan, bütün xanımlarımdan çox onunla vaxt keçirmişəm. Karlosla dostluğumuz möhkəmdi”.

 

Qeyd edək ki, karyerası ərzində Avropanın “PSV Eyndhoven”, “Barselona”, “İnter”, “Real” və “Milan” klublarının formasını geyinmiş Ronaldo karyerasını 2011-ci ildə başa vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar