Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı
30 aprel 2017 02:02 (UTC +04:00)

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

 “Çempionatın son matçı olsa da, diqqətli oynadıq. Maraqlı görüş alındı. “Neftçi”də bu il alınmadı. Onlara uğur arzulayıram. Həm oyundan, həm nəticədən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” 2:1 hesablı qələbəyə sevinib. Çempionluğu erkən təmin etmiş ağdamlıların çalışdırıcısı komandanın yay planlarından danışıb.

 

- Toplanışa nə vaxt başlayacaqsız?

- İyunun 1-də yığışacağıq Bakıda. Burda hazırlıq keçəndən sonra Avstriyaya yollanacağıq. Hələ konkret gün təyin edilməyib.

 

- Start heyətiniz təəccüblü oldu. Əsas oyunçulara şans verdiniz...

- Mən əvvəldən də demişdim ki, son oyunlarda da əsas heyətə şans verəcəm. Zədəyə görə narahat deyildim.

 

- Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?

- Zədə almayıb. Sadəcə yorğunluq var idi. Ona görə əvəzlədim.

 

- Kubok öncəsi psixoloji üstünlük sizdədimi?

- Kubok tam fərqlidi. Buna görə də deməzdim ki, psixoloji üstünlük bizdədi.

 

- Toplanış zamanı neçə yoxlama oyunu keçirməyi düşünürsüz?

- Minimum 4 oyun. Avstriyada yaxşı komandalar olur. Beş görüş keçirsək, daha yaxşı olar.

 

- Abbas Hüseynov ve Təmkin Xəlilzadəni transfer etdiyiniz deyilir...

- Abbasla maraqlanmışıq, yaxın günlərdə açıqlanar. Amma Təmkinlə yox. Onu transfer etmək ehtimalımız azdı.

# 128
avatar

Oxşar yazılar

Belə penalti görməmişdiniz - VİDEO

Belə penalti görməmişdiniz - VİDEO

29 fevral 2024 , 14:39
"Liverpul"da hamımız üçün  xüsusi bir həftə   oldu

"Liverpul"da hamımız üçün xüsusi bir həftə oldu

29 fevral 2024 , 12:00
Ronaldoya AĞIR CƏZA:  oyuna buraxılmayacaq

Ronaldoya AĞIR CƏZA: oyuna buraxılmayacaq

29 fevral 2024 , 09:45
Xankəndi-Bakı marafonuna start verildi

Xankəndi-Bakı marafonuna start verildi

29 fevral 2024 , 07:15
“Trabzonspor” yarımfinalda

“Trabzonspor” yarımfinalda

28 fevral 2024 , 23:00
“Qarabağ”dan səfər qələbəsi

“Qarabağ”dan səfər qələbəsi

28 fevral 2024 , 20:59
Kloppu  ləyaqətlə   yola salmalıyıq

Kloppu ləyaqətlə yola salmalıyıq

28 fevral 2024 , 19:39
"Çelsi"nin  antirekordundan   DANIŞDI

"Çelsi"nin antirekordundan DANIŞDI

28 fevral 2024 , 18:18