Futbol üzrə Braziliya millisinin heyətində üç qat dünya çempionu, əfsanəvi oyunçu Pele etiraf edib ki, indi İspaniyanın “Barselona” klubunda çıxış etmək istəyərdi.
Lent.az-ın “İTAR-TASS”a istinadən məlumatına görə, o, deyib: “Əgər məndən indiki dövrdə hansı komandada oynamaq istədiyimi soruşsaydılar, “Barselona”nı seçərdim. Bu komandanın oyun üslubu “Santos”unkuna daha yaxındır. Bundan başqa müasir hazırlıq texnologiyası, oyunçuları zədələnmələrdən qoruyan daha sərt qaydaların tətbiqi mənə ustalığımı nümayiş etdirməyə imkan verərdi”.