Nemanya Matiç rəsmən "Mançester Yunayted"də
31 iyul 2017 20:38 (UTC +04:00)

Nemanya Matiç rəsmən "Mançester Yunayted"də

0

"Mançester Yunayted" "Çelsi"nin futbolçusu Nemanya Matiçi transfer edib.

 

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

 

İngiltərə mətbuatı bu transfer üçün "qırmızı şeytanlar"ın 50 milyon avro təzminat ödədiyini yazıb.

 

Qeyd edək ki, N.Matiç ötən mövsüm 40 oyunda 2 qol vurub, 9 qolun ötürməsini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar