NBA birinci oldu, Premyer Liqa ilk üçlüyə girmə bilmədi
26 noyabr 2017 19:46 (UTC +04:00)

NBA birinci oldu, Premyer Liqa ilk üçlüyə girmə bilmədi

0

Dünyanın peşəkar idman liqalarının orta əməkhaqqının miqdarına görə sıralaması açıqlanıb. Apasport.az xəbər verir ki, “Sporting İntelligence” portalının illik sorğusunda ilk yeri Amerika Milli Basketbol Liqası (NBA) tutub.

 

Dünyanın ən çox izlənilən yarışılarından biri olan NBA-da orta illik əməkhaqqı 5.5 milyon funtdur. İlk üçlüyü Amerika Beyzbol Liqası (MLB) və kriket üzrə Hindistan Premyer Liqası qapayır. Bu iki turnirin orta illk əməkhaqqısı uyğun olaraq 3.43 və 2.99 milyon funta bərabərdir.

 

Futbol üzrə ən çox əməkhaqqı ödənən çempionat isə İngiltərə Premyer Liqasıdı. EPL-də futbolçuların orta illik maaşı 2.64 milyon funta bərabərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar