Topaz Premyer Liqasının XXVIII turunda əzəli rəqibi “Neftçi”yə uduzan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli Azərbaycanı tərk edib. Bu barədə apasport.az saytına cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Onun sözləri görə, türkiyəli mütəxəssis köməkçisi Oğuz Çətinlə birgə “ağ-qaralar”a 0:1 hesablı məğlubiyyətdən sonra Türkiyəyə yollanıb. Onun 2 gündən sonra Lənkərana qayıdacağı gözlənilir.
Qeyd edək ki, “ağ-yaşıllar” çempionatda növbəti matçını aprelin 5-də Lənkəranda – ölkə kubokunun yarımfinalında rəqibi olacaq “Qəbələ”yə qarşı keçirəcək.