Argentina millisinin hücumçusu Lionel Messi bu il keçiriləcək Rio de Janeyro Yay Olimpiya oyunlarında iştirak etməyəcək.
Lent.az-ın qol.az-a istinadən məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Xerardo Martino "Clarin"e açıqlamasında deyib.
53 yaşlı mütəxəssis Avropada sıx qrafiklə oynayan Messini daha da yükləməmək üçün bu qərarı verdiyini bildirib: "Messi və onun vəziyyətində olan futbolçuları yay aylarında yalnız Amerika kuboku turnirində oynatmağı düşünürəm. Əgər Messini Olimpiya oyunları üçün yığmaya çağırsaq, onu həddindən artıq yükləmiş olarıq.
Həmin futbolçuların klubları Avropanın beynəlxalq turnirlərinin sonuna qədər irəlilədiyi üçün onların yükünü bir qədər azaltmalıyıq. Bu mənada Messi kimi futbolçuların Olimpiya oyunlarının heyətinə daxil edilməməsi məntiqli bir seçim olacaq".