Messi barədə növbəti məhkəmə qərarı
24 may 2017 20:21 (UTC +04:00)

Messi barədə növbəti məhkəmə qərarı

İspaniya Ali Məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messi barədə 21 aylıq şərti həbs cəzasını qüvvədə saxlayıb.

 

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, Ali Məhkəmənin bu gün keçirilən iclasında argentinalı futbolçunun 2007-09-cu illərdə vergidən yayındığı elan edilib. Ümumilikdə, “Barselona”lı futbolçunun 4.1 milyon avronu vergidən gizlətdiyi bildirilib.

 

 

Qeyd edək ki, əvvəlcə Messiyə 3 il cəza istənilib. Lakin onun barəsində 21 aylıq qərər verilib.

 

İspaniya qanunlarına görə, iqtisadi cinayətdə ittiham olunan barəsində 2 illik həbs qərarı verilərsə, bu halda cəza şərti həbslə əvəzlənə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar