FİFA-nın keçmiş prezidenti Josef Blatterin qulağını kəsiblər.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həkimlər dəri xərçəngindən əziyyət çəkən Josef Blatterin sol qulağının bir hissəsini kəsmək qərarına gəliblər. 80 yaşlı Blatterin əməliyyatı bu çərşənbə Sürixdəki xəstəxanada gerçəkləşdirilib.
FİFA-nın keçmiş prezidentinin immun sistemi ilə bağlı problem yaşadığı iddia edilir.
Xatırladaq ki, Blatter 1998-ci ildən 2015-ci ilə qədər FİFA prezidenti olub